AZLED şirkəti olaraq Azərbaycan, Gürcüstan və Özbəkistanda sənaye tipli monitorların, səs və işıq sistemlərinin, səhnə və stendlərin təmin olunmasıyla məşğuluq.
Kollektivimiz 2008-ci ildən etibarən bu istiqamətdə fəaliyyətini yüksək peşəkarlıqla davam etdirir. Uzunmüddətli təcrübəmizə əsaslanaraq iç məkan (indoor) və çöl məkan (outdoor) LED və LCD monitorların pərakəndə/topdan satışını və quraşdırılmasını, onların icarəsini, bununla yanaşı həm də proqram təminatını və texniki servisini həyata keçirdirik. Ən önəmlisi isə bütün məhsullarımızın keyfiyyətinə güvənərək 1 ildən 5 ilədək zəmanət veririk.
AZLED şirkəti dünyanın ən nəhəng LED istehsalçılarından biri olan Qiangli (Çanqli) firmasının Azərbaycandakı ilk və tək rəsmi distribyutorudur. Məhz buna görə də, bazarın əsas tələbinə uygun və gündəmdə olan mallar hər zaman stokumuzda mövcuddur. Həmçinin müştərilərimizin özəl istəklərinə uyğun olaraq istənilən məhsulu sürətli şəkildə təmin edə bilirik.